Biz ailəvi olaraq SUN CİTY Naftalan sanatoriya kurortuna həm müalicəyə həm də dincəlməyə getdik.Biz burada həkim müayinəsindən keçdik.Baş həkim hər birimizə xəstəliyimizə uygun müalicələr yazdı.Buranın çox güclü savada malik olan həkimləri və tibb işçiləri var.Otelin naftalan vannası, parafin, fizioterapiya ,reablitasiya , inqalyatsiya otagı və s. vardır. Bu otaqlar çox səliqəli və hər cür təchizatla təmin olunmuşdur.Buranın mətbəxi çox gözəl təşkil edilmişdir . Menyuda gündə 3 dəfə bir birindən dadlı cürbəcür yeməklər,meyvələr,çərəzlər,şirniyyatlar və s.var idi . Buranın işçilərindən Zülfiyyə xanım Musayeva və digərləri hər bir qonağı gülərüzlə,nəzakətlə salamlayıb qarşılayırdılar .Otelin çox səliqəli yataq otagı, televizoru,soyuducusu,kondensioneri,hamam otagı və s.var idi .Buranın təmizlik işlərinə baxan Sevda xanım Əmrayeva hər gün çexollari ,mərhabaları , xalatları dəyişirdi .Demək olar ki,otelin səliqəsinə və işçilərinin səmimi rəftarına söz yox idi.Otelin gözəl parkı,su hovuzu s.vardı Həftənin istirahət günləri xüsusi maşınlarla qonaqları gəzməyə aparırdılar.Biz Gəncə şəhərinə,Göygöl,Maralgölə getdik.biz burada həm yaxşı müalicə aldıq,həm də gözəl istirahət etdik. 10 gündür ki ,oradan gəlmişik.Özümüzü çox yaxşı hiss edirik.Müalicələr çox yaxşı nəticə verib . Buranın baş həkimi İlyas Səmədova,tibb işçilərinə ,fizioterapiya otağında işləyən Səidə xanım Yusifovaya, İlhamə xanım Hüseynovaya,Azadə xanıma,Yeganə xanıma, parafin otağında işləyən Səbinə xanıma və naftalan vannası otağında işləyən Səbinə xanıma və digərl tibb işçilərinə öz adımdan ,ailəmin adından dərin təşəkkürümü bildirirəm.
Putyovkanın qiymətində endirimlər də olur.
Otel 4 ulduzludur, lakin biz bu oteli 5 ulduza layiq görürük.